AZ

Türkiyə ilk dəfə olaraq ABŞ-dan kənardan döyüş təyyarələri alacaq

Almaniya istehsalı olan 40 "Eurofighter" qırıcılarının alqı-satqısı müqaviləsi təsdiqlənərsə, Türkiyə tarixində ilk dəfə olaraq ABŞ-da istehsal olunmayan döyüş təyyarələrini istifadə etməsinə başlaya bilər. Bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.

“Ən böyük üstünlük, "Eurofighter" ilə ilk dəfə əldə edəcəyimiz “AESA” radarlı qırıcıya sahib olmaqdır. Dünyada hava münaqişələrinin gedişatı dəyişib. İndi artıq “it döyüşü” dövrü deyil, müasir radarlardan və raket buraxılışlarından istifadə etməklə düşmənin erkən aşkarlanması dövrüdür”, - nəşr qeyd edir.

Türkiyənin beşinci nəsil milli döyüş təyyarəsi “KAAN”-ın hazırlanması layihəsindən imtina etməyəcəyi dəqiqləşdirilir.

“Biz 200 təyyarədən ibarət donanmaya çatmaq vəzifəsi qarşısındayıq və o vaxta qədər səmanı ən yaxşı şəkildə qorumalıyıq. Bu səbəbdən biz "Eurofighter" alırıq”, - Milliyet vurğulayır.

Avqust ayında Türkiyə Amerikadan F-16 qırıcıları alıb.

Daha əvvəl Türkiyənin öz istehsalını inkişaf etdirərək ABŞ-dan daha az F-16 alacağı bildirilirdi.

Almaz Həsənli

Seçilən
140
23
oxumeni.az

10Mənbələr