AZ

İspaniyada təbii fəlakət qurbanlarının sayı 214-ə çatıb

Bakı. Trend:

İspaniyada baş verən təbii fəlakət qurbanlarının sayı 214 nəfərəçatıb.

Trend xəbər verirki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, Valensiya əyalətinin Pedralba bələdiyyəsində daha3 meyit tapılıb, bir və ya iki nəfər isə itkin düşmüş hesab edilir.Ölənlərin meyitlərinin axtarışı davam edir.

Daha əvvəl İspaniyada daşqınlar nəticəsində 211 nəfərin öldüyübildirilmişdi. Xatırladaq ki, oktyabrın 29-da İspaniyada yağışlardaşqınlara səbəb olub. Qeyri-rəsmi məlumatlara görə, qurbanlarınsayı 500-ə çata bilər. Valensiyada 2 minə yaxın insanın itkindüşdüyü də məlumdur. İspaniya hökuməti 3 günlük matəm elanedib.

Seçilən
48
13
az.trend.az

10Mənbələr