AZ

Azərbaycan çempionatının XIII turu nadir hadisə ilə əlamətdar olub

Misli Premyer Liqasının XIII turu nadir hadisə ilə əlamətdar olub.

"Cebheinfo.az" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Kəpəz”in futbolçusu Orxan Əliyev “Sabah”la qarşılaşmada həm rəqib, həm də öz qapısına qol vurub.

O, 4-cü dəqiqədə hesabı açsa da, 28 dəqiqə sonra bərabərlik gətirən avtoqolun da müəllifi olub.

Premyer Liqada sonuncu belə hadisə təxminən ilyarım əvvəl qeydə alınıb. 2023-cü il mayın 2-də keçirilən “Neftçi” – “Qarabağ” görüşündə (2:4) Mateus Saldanya 40-cı dəqiqədə qonaqların, 15 dəqiqə sonra öz komandasının qapısına yol tapıb.

Son 5 ildə isə 3-cü dəfə belə hadisə yaşanıb. M.Saldanya və O.Əliyevdən öncə "Zirə"nin sabiq futbolçusu Klesio Bauk “fərqlənib”. O, 2020-ci il noyabrın 22-də “Zirə” – “Keşlə” görüşünün (3:1) 73-cü dəqiqəsində avtoqola üzülüb, 90+5-ci dəqiqdə isə qonaqları məyus edib.

Qeyd edək ki, “Sabah” – “Kəpəz” qarşılaşması 2:2 hesabı ilə başa çatıb.

"Cebheinfo.az"

Seçilən
10
1
cebheinfo.az

10Mənbələr