EN

“İran Zəngəzur dəhlizinə qarşı çıxmayacaq”

“Ermənistandan keçən yol istənilən halda olacaq, problem yalnız həmin yolun statusundadır”. JAMAZ.İNFO xəbər verir ki, bunu siyasi texnoloq Vigen Akopyan deyib.
Onun iddiasına görə, Azərbaycan sülh müqaviləsi imzalamaq niyyətində deyil. “Çünki onsuz da o, artıq öz problemlərini həll edir. Ona görə də, sənədin hazırlanması prosesi hər cəhətdən ləngiyir”.
Erməni ekspert hesab edir ki, Azərbaycanın Ermənistandan tələbləri vaxt qazanmaq məqsədi daşıyır. Onun sözlərinə görə, tələblərin hər biri uzun zaman tələb edir. “Bakı qəsdən belə ilkin şərtlər irəli sürür. Çünki həmin tələblərin həyata keçirilməsi maksimum vaxt tələb edir. Ermənistandan yeni güzəştlər qoparmaq üçün bundan istifadə etmək niyyətində olan Azərbaycan üçün bu vaxt sərfəlidir”.
Akopyan bildirir ki, Azərbaycan və Türkiyənin son məqsədi bu dəhlizin açılmasıdır. “Bu məsələ uzunmüddətli perspektivdə gündəmdə qalacaq və onlar  məqsədlərinə çatmağa çalışacaqlar”.
Erməni siyasi texnoloq İranın dəhliz məsələsindəki mövqeyinə də toxunub. O bildirir ki, Tehran Zəngəzur dəhlizinə alternativ marşrut təklif edib ki, bununla da Ermənistan üzərindən xüsusi yolun keçməsinə qarşı olduğunu nümayiş etdirir. “Tehran da Rusiyanın yola nəzarət etməsinə qarşı çıxa bilər. Lakin bu, Qərbin nəzarətindənsə, İran üşün Rusiya daha məqbuldur. Ona görə də, İran 10 noyabr sazişinin 9-cu bəndini özü üçün əsas tuta bilər”.

Chosen
105
50
jamaz.info

10Sources