Psixoloq Gülnar Orucova Demokrat.az-a açıqlamasında deyib ki, bəzi uşaqlar kiçik yaşlarda və ya bir yaşı tamam olmamış uşaq evlərinə verilirlər və buranı ailə mühiti olaraq qəbul edirlər:
“Bu 4-5 yaşa qədər olan uşaqlara aiddir. Bəzi ailələrin maddi vəziyyəti çətin olur, uşaqlarını uşaq evinə verməyə məcbur olsalar da onları tez-tez görməyə gəlirlər. Uşaqlar bir yaşından sonra ata, ana anlayışlarını dərk etməyə başlayırlar, özlərinə sual verirlər ki, niyə mənim atam, anam yoxdur. Uşaq evlərində diaqnostika aparakən maraqlı hallarla qarşılaşırıq.
Xüsusilə 7-8 yaşlı uşaqlar uşaq evindən ailə himayəsinə verilmələrini istəyirlər, ana, atalarının olmasını, evdə, ailə içində yaşamaq istəyirlər. Uşaq evlərində böyümüş uşaqlar ailə quranda daha gözəl valideyn olurlar, çünki valideynin yoxluğunun nə demək olduğun bilirlər. Bəzi uşaqlar var ki, anaları vəfat edib, ataları həbsdədir, uşaq evinə veriliblər, yəni vəziyyət bunu tələb edib, nə üçün burada olduğunu bilmir uşaqlar.
Bəziləri çox mərhəmətli, bəziləri isə çox aqressiv olurlar. Belə uşaqlarla psixoloqlar işləməlidirlər. Uşaqlar nə qədər kiçik yaşlarından ailə himayəsinə verilərsə, bir o qədər rahat adaptasiya olunarlar, psixoloji vəziyyətləri də daha sağlam olar. Uşaq yeni ailəyə verilməyə razı olmalıdır, məcburi şəkildə uşağı ailəyə vermək olmaz, yeni ata və anasını qəbul etməyə hazır olmalıdır. Ailələrə də diqqət etmək lazımdır, boşanmış insanlar yenidən ailə qurub övladlığa uşaq götürürsə, yenidən boşanacağı da istisna deyil, bu zaman həmin uşağın taleyi sual altına düşür”.
Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Sources
-
sia.az“Saqqallı uşaq”və ya Peter Pan sindromuhaqqında nəyi bilirik ( 10720851)
-
visiontv.azAilədə narkoman: nə etməli və müalicəyə necə həvəsləndirmək olar? ( 10606360)
-
demokrat.azPsixoloq: "7-8 yaşlı uşaqlar uşaq evindən ailə himayəsinə verilmələrini istəyirlər" ( 10575883)
-
newscenter.azAilədə narkoman: nə etməli və müalicəyə necə həvəsləndirmək olar? ( 10558414)
-
qht.azEmil Maqalov: "Narkomaniyadan ayıqlığa qədər yol çox çətin və uzundur, amma mövcuddur" ( 10550449)
-
sia.azMOBBİNG VƏ YA İŞDƏ YERSİZ QISNAMA ( 10479358)
-
yeniavaz.comUşaqlarda varlı uşaq sindromu ( 10428193)
-
yeniavaz.comUşaqlarda varlı uşaq sindromu ( 10428181)
-
manset.azGender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması - TƏHLİL ( 10347457)
-
sherg.azCəmiyətdə aqressiya: Zombi cəmiyyət və gənclik formalaşır.-Sosioloq ( 10262203)