“Premium Bank” ASC-nin Risklərin idarə edilməsi departamentinin direktor müavini vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
İşin təsviri:
- Bankın strategiyasının hazırlanmasında iştirak etmək, rəhbərlik etdiyi sahələr üzrə fəaliyyət planlarının icrasını təmin etmək;
- Rəhbərlik etdiyi şöbələrin fəaliyyətini koordinasiya etmək, onlara bilavasitə nəzarəti həyata keçirmək;
- Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, onları qiymətləndirmək;
- Beynəlxalq praktika, yerli qanunvericilik və daxili qaydalara əsasən Bankın risk strategiyasını, risk siyasətini və risk xəritəsini hazırlamaq, risklərin idarə olunması üzrə mütərəqqi sistemin yaradılmasını təmin etmək;
- Müşahidə Şurası, İdarə Heyəti və Risklərin İdarə Edilməsi Komitəsinin (RİEK) müxtəlif tapşırıqlarını icra etmək, onların dövrü iclasları üçün müvafiq sənədlərin (hesabatların) hazırlanmasını təmin etmək;
- Baş Risk İnzibatçısının ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirmək.
Namizədə dair tələblər:
- Ali iqtisadi (maliyyə, uçot, audit, biznes və s.) təhsilin olması. Xüsusi sertifikatı (GARP, IRM, CFA, CPA, CIA və s.) olanlara üstünlük verilir;
- Ən azı 3 (üç) il bank və ya kredit təşkilatında risk sahəsində rəhbərlik (struktur) təcrübəsi;
- Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı;
- Makro və mikro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;
- Liderlik və işçi heyətini idarəetmə bacarığı;
- Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;
- Bankın aidiyyәti struktur bölmәlәri ilә birgә fәaliyyәt növlәri üzrә risk limitlәrinin hazırlanması, onlara dәyişikliklәrin edilmәsində iştirak etmək;
- Risklәrin müәyyәnlәşdirilmәsi vә qiymәtlәndirilmәsi işini təşkil etmək, tәhlili vә nәticә barәdә hesabatlılığı təmin etmək.
- Ofis proqramlarından (Excel yüksək səviyyədə) istifadə etmək bacarığı olmalıdır.
İş şəraiti:
- İş saatı 09:00-dan 18:00-dək;
- İstirahət günləri: şənbə və bazar günləri.