ABŞ-ın vitse-prezidenti Kamala Harris sorğuda ölkə üzrə Donald Trampı qabaqlayır.
Azpost.info bildirir ki, bunu Reuters-in sorğusu sübut edir. Harris Trampı 5 faiz öndədir. (47 faiz- Harris, 42 faiz Tramp)
Respondentlərin əksəriyyətinin fikrincə, Harris qalib gəldiyi prezident debatından sonra Tramp üzərində milli reytinqlərdə liderliyini artırıb.
Prezidentlik debatları haqqında fikir bildrən seçicilərin 53%-i Harrisin, 24%-i isə Trampın qalib gəldiyini bildirib.
Bundan əlavə, Reuters/Ipsos respondentlərinin təxminən 52%-i Trampın büdrədiyini və debatda inandırıcı görünmədiyini qeyd edib. 21%-i isə Harris haqqında eyni fikirdə olduğunu bildirib.
Reuters xatırladır ki, milli sorğular ABŞ seçicilərinin fikirləri ilə bağlı mühüm siqnallar verir. Lakin hər bir ştatda seçkinin qalibini müəyyən edən səsvermənin nəticələridir.