Argentina millisinin sabiq futbolçusu Dieqo Perotti karyerasını bitirib.
Rekord.az xəbər verir ki, 36 yaşlı vinger bunu sosial şəbəkə hesablarında açıqlayıb.
Yarımmüdafiəçinin peşəkar karyerasındakı son klubu "Salernitana" (İtaliya) olub.
Perotti İspaniyada "Sevilya", Argentinada "Boka Xuniors", İtaliyada "Cenoa" və "Roma", Türkiyədə "Fənərbağça" kimi klubların da formasını geyinib. 2018-ci ildə yığma karyerasını bitirən futbolçu ölkəsinin əsas komandasının heyətində 5 matçda meydana çıxıb.