Bakı, TurkicWorld
2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz azalaraq, 141,8 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin avqust ayında Türkiyə Azərbaycana 22,6 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 9,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artıb 10 milyard 730 milyon dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 1 milyard 479 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,9 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023- avqust 2024) Türkiyə 16 milyard 351 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib.