EN

Türkiyə yeni döyüş təyyarələri alır

Türkiyə

Berlinin icazəsindən sonra Türkiyənin “Eurofighter Typoon” döyüş təyyarələri alınmasına maneə aradan qalxıb. Mütəxəssislər bildirirlər ki, “Eurofighters” milli döyüş təyyarəsi KAAN hərbi inventarına daxil olana qədər Hərbi Hava Qüvvələrinə müvəqqəti dəstək verəcək.

Reyting.az
-ın məlumatına görə, Türkiyənin 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi alması üçün Almaniya ilə danışıqlar davam edir.

İngiltərə, İtaliya, İspaniya və Almaniyadan ibarət konsorsiuma daxil olan “Eurofihter” üçün bu ölkələrin texniki heyətinin görüşlərinin üç həftə davam edəcəyi gözlənilir. Görüşlərdə döyüş təyyarələrinin satınalma prosesinin mərhələləri, kadr hazırlığının və texniki xidmət proqramlarının necə həyata keçiriləcəyi də daxil olmaqla, bir çox texniki detallar müzakirə olunacaq.

Müdafiəmütəxəssisi Turan Oğuz deyib ki, “Eurofighter Typhoon” T4 döyüş təyyarəsi CAPTOR-E MK2 AESA radarı, PIRATE IRST sistemi, PRAETORIAN elektron dəstək sistemi, SKY SHIELD elektron hücum sistemi, SNIPER hədəfləmə podu, METEOR kimi sistem və sursatları ilə birlikdə alınarsa, deməli, “A2A” raketi, fransız döyüş təyyarəsinin “Rafale F4” və “F-16 B70”-dən çox daha təsirli olacaq.

Almaniya texniki danışıqlardan sonra satışa yekun razılıq verərsə, Türkiyə ilk mərhələdə ən qısa zamanda 24 ədəd “Eurofighter” qırıcısı alacaq. Prosesin sonrakı mərhələlərində təyyarələrin sayı 40-a çatdırılacaq.

ELÇİN
Chosen
77
23
reyting.az

10Sources