EN

Pərviz Qafarlının rəhbərlik etdiyi "Toyota Bakı Mərkəzi"nə yazılan protokola bu tarixdə baxılacaq

"Toyota Bakı Mərkəzi" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Xətai Rayon Məhkəməsinin hakimi Rəfail Sadıxovun sədrliyi ilə oktyabrın 29-da baxılacaq.

 

Xatırlatma: Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd: MMC-nin qanuni təmsilçisi Qafarlı Pərviz Mahmud oğludur.

 

Xəyal Quliyev

Tarix: 26 Oktyabr 2024, 21:40   
Chosen
27
4
pravda.az

10Sources