EN

Premyer Liqanın son turu nadir hadisə ilə əlamətdar olub

Bakı. Trend:

Premyer Liqanın XIII turu nadir təsadüf olunan hadisə iləəlamətdar olub.

TrendPeşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki,“Kəpəz”in futbolçusu Orxan Əliyev “Sabah”la qarşılaşmada həm rəqib,həm də öz qapısına qol vurub. O, 4-cü dəqiqədə hesabı açsa da, 28dəqiqə sonra bərabərlik gətirən avtoqolun da müəllifi olub.

Premyer Liqada sonuncu belə hadisə təxminən ilyarım əvvəl qeydəalınıb. 2023-cü il mayın 2-də keçirilmiş “Neftçi” – “Qarabağ”görüşündə (2:4) Mateus Saldanya 40-cı dəqiqdə qonaqların, 15 dəqiqəsonra öz komandasının qapısına yol tapıb.

Son 5 ildə isə 3-cü dəfə belə hadisə yaşanıb. Saldanya vəƏliyevdən öncə Klesio Bauk “fərqlənib”. O, 2020-ci il noyabrın22-də “Zirə” – “Keşlə” görüşünün (3:1) 73-cü dəqiqəsində avtoqolaüzülüb, 90+5-ci dəqiqdə isə qonaqları məyus edib.

Qeyd edək ki, “Sabah” – “Kəpəz” qarşılaşması 2:2 hesabı ilə başaçatıb.

Chosen
13
6
az.trend.az

10Sources