“Radomyak”da çıxış edən Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşa çempionatında həftənin rəmzi komandasına düşüb.
QOL.az xəbər verir ki, bu barədə Ekstraklasanın rəsmi Feysbuk səhifəsi məlumat yayıb.
Rahil 15-ci turun ən yaxşı 11 futbolçusundan biri seçilib. Məmmədovun komandası 15-ci turda səfərdə “Poqon”u məğlub edib – 1:0. Azərbaycanlı oyunçu bu matçda sonadək meydanda olub.
Qeyd edək ki, “Radomyak” 15 qarşılaşmadan sonra 16 xalla 13-cü pillədə qərarlaşıb.