RU

İranın Ermənistan sevdası - Rəsmi Bakı hansı addımları atacaq?

Xəbər verdiyimiz kimi, İran Ermənistandan keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək marşruta qarşı çıxıb. Bununla bağlı Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu arasında görüş keçirilib.İran rəsmisi ölkəsinin bölgədə sülh və sabitliyin bərqərar olmasını, region ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsini dəstəklədiyini, regionun geosiyasi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə qarşı olduğunu vurğulayıb.İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığını dilə gətirməsi ilk deyil. Qonşu ölkə sözügedən məsələni özlərinin qırmızı xətti adlandırıb. Qonşu ölkə rəsmisinin bir daha oxşar bəyanat səsləndirməsindən sonra Azərbaycan hansı addımı ata bilər?Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov İranın ölkəmizə qarşı yürütdüyü siyasətdən danışıb:“İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığı hər birimizə məlumdur. Azərbaycan bu məsələ ilə bağlı mövqeyini açıq-aydın bəyan edib. Ölkəmiz İrana qarşı məkirli siyasət yürütməyib. Cənub qonşularımız isə bunu anlamaq istəmir. Ərazilərimizdə İrana qarşı hərbi baza yaratmağa çalışırdılar. Biz isə bunu qəbul etmədik. Rəsmi Tehran bunu yaxşı anlayır. Neytrallığımızı qorumuşuq. Təəssüf ki, buna qiymət verilmir. Əvəzində İran Ermənistanın silahlandırılmasına qarşı susqunluq nümayiş etdirdi. Təxribatları görməzdən gəldi. Cənubi Qafqaz Azərbaycanın aid olduğu regiondur. İranın bura müdaxilə etmək haqqı yoxdur. Əgər yanımızda olacaqlarsa, bölgədəki reallıqlardan pay alacaqlar. Əksi olacaqsa, burada itirən qonşularımız olacaq”.Ekspert bildirib ki, Azərbaycan təhlükəsizliyi üçün istənilən addımı atacaq:“Düşünürəm ki, Ermənistanın təxribatları davam edəcəksə, Azərbaycan sülh müqaviləsi üçün tələblərinin sayını artıracaq. Fikrimcə, Ermənistanın cənub-qərbi silahsızlaşdırılmalıdır. Həmçinin bufer zona da şərtdir. İran üçün bəzi məsələlər qırmızı xətt ola bilər, amma dediyim kimi, bura Azərbaycan coğrafiyasıdır və kimsə müdaxilə edə bilməz. Rusiya müharibə və digər bir neçə məsələdə yanımızda oldu, biz də onlara adekvat siyasət apardıq. Bundan sonra da belə olacaq”.

Избранный
131
1
dia-az.info

10Источники