RU

Türkiyənin Gürcüstana avtomobil sənayesi məhsulları ixracı 90 milyon dollara yaxınlaşıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin Gürcüstana avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz azalaraq, 89,3 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə Gürcüstana 8 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 30,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Türkiyənin 2024-cü ilin yanvar-avqust aylarında avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq 23 milyard 530 milyon dolları ötüb.

“2024-cü ilin avqust ayında Türkiyənin dünya bazarlarına avtomobil sənayesi məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 0,4 faiz azalaraq, 2 milyard 715 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 35 milyard 764 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Избранный
119
21
turkic.world

10Источники