Bakının Xətai rayonunda 19 yaşlı gənc bıçaqlanıb.
Axar.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Elmir Ramil oğlu Nəsirov naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki bud və baldır nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.