Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunda mühüm kadr dəyişikliyi olub.
General-mayor Quliyev Vilayət Bərxuda oğlu 2-ci ordu korpusuna komandir təyin olunub.
Qeyd edək ki, həmin korpusun komandiri general-leytenant Mayis Bərxudarov idi. Mayis Bərxudarov sərəncama götürülüb.
“AzPolitika”-nın xəbər verir ki, 2-ci ordu korpusunun yeni komandiri Vilayət Quliyev Cəbrayıl rayonundandır.
General-mayor Quliyev Vilayət Quluyev Şuşanın azad edilməsində iştirak edən zabitlərdən olub. Vətən Müharibəsinin gedişində ayağından qəlpə yarası alsa da, qısa müddət sonra döyüşlərə qayıdıb.