RU

Valyuta Fondunun rəhbəri: Dünyada illik hərbi xərclər 2,5 trilyona yaxınlaşıb

Dünyada hərbi xərclər sürətlə artır.

Musavat.com xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva deyib. Onun sözlərinə görə, artım çətin geosiyasi vəziyyət və parçalanma şəraitində baş verir

"Məsələləri daha da çətinləşdirən budur ki, biz çox təlatümlü dövrlərdə yaşayırıq. Soyuq Müharibənin sona çatması ilə təmin edilmiş sülh getdikcə daha çox təhdid altındadır. Daha çox müharibə və daha az təhlükəsizlik dünyasında müdafiə xərcləri inkişaf etməkdə olan ölkələrin artan ehtiyacları üçün yardımlardan daha sürətlə artır”.

Georgiyeva açıqladığı statistikaya əsasən dünyada illik hərbi xərclər 2,5 trilyon dollara yaxınlaşdığı halda, inkişafa rəsmi yardım kimi ayrılan vəsaitin həcmi 300 milyard dollara çatmır: “Hamımız Yaxın Şərqdə artan münaqişə və bunun regionun iqtisadiyyatlarını, eləcə də qlobal neft və qaz bazarlarını poza bilməsi ehtimalından çox narahatıq. Biz bölünmüş, şübhəli bir dünyada yaşayırıq, burada milli təhlükəsizlik bir çox ölkələr üçün problemlər siyahısında birinci yerə yüksəlib”.

Musavat.com

Избранный
41
11
musavat.com

10Источники