RU

"Veysəloğlu-Yaycılı Qardaşlar"ın rəhbərinin ölkədən çıxışına qadağa qoyulur - 1.5 milyona yaxın vergi borcu var

"Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-nin qanuni təmsilçisi Sərdarov Vüqar Ziyatxan oğlunun ölkədən çıxışına qadağa qoyulur.

 

Pravda.az-ın xəbərinə görə, V.Sərdarovla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi edib.

 

Mahiyyəti xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat olan iş hakim Kənan Hüseynovun icraatındadır.

 

Qeyd: "Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-nin 1 445 476 manat vergi borcu var. MMC Aydın Veysəl oğlu Talıbovun rəhbərlik etdiyi "Veysəloğlu Qrup"a daxildir. 

 

Xəyal Quliyev

Tarix: 4 Noyabr 2024, 11:06   
Избранный
30
3
pravda.az

6Источники