Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Milli təhsilimizin gələcəyi, gənc müəllim – fəal vətəndaş” mövzusunda forum keçirilib.
600 müəllimin iştirak etdiyi forumda AGMA-nın sədri Rüfət Əsədzadə məclisin məqsəd və əhəmiyyəti barədə iştirakçılara məlumat verib. Şəhid Valeh Bədəlovun anası, ibtidai sinif müəllimi Südabə Qazıyeva, ADA məktəbinin müəllimi, AGMA-nın İdarə Heyətinin üzvü Səkinə Həsənova, teleaparıcı Jalə Həsənli, İrəli İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev, təhsil eksperti Günel Səfərova müxtəlif mövzular ətrafında fikirlərini bölüşüblər.
Sonda qəbul edilən bəyanatda gənc müəllimlərin milli təhsilin inkişafına böyük töhfələr vermiş, müstəqil Azərbaycanın sosial-iqtisadi tərəqqisi və dünya birliyində layiqli yer tutmasını təmin etmiş ölkə başçısı İlham Əliyevin siyasi kursunu dəstəklədikləri vurğulanıb.
XQ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта