RU

Paşinyan bu səbəbdən Tiflis görüşündən qaçır?

Gela Vasadze: “Ermənistanın daha güclü düşməni ilə danışıqlar masası arxasında tək oturmaq...”

Tiflisin Bakı ilə İrəvan arasında sülh danışıqlarında vasitəçilik təklifinə Ermənistanın baç naziri Nikol Paşinyanın birmənalı cavanı hələ də yoxdur.

Publika.az xəbər verir ki, Rusiyanın müxalif “novayaqazeta. eu” saytı bu mövzuda geniŞ məqalə dərc edib. Məqalədə politoloq, Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) eksperti, “Qafqazdan xəbərlər” YouTube kanalının müəllifi Gela Vasadzenin fikirlərinə də geniş yer verilib.

Həmin müsahibəni təqdim edirik:

GELA

- Ermənistanın baş naziri Tiflisin vasitəçiliyi ilə danışıqlara gəlməkdən niyə imtina edir?

- Biz bunu anlamaq üçün tərəflər arasında güc balansına baxmalıyıq. Bu gün Azərbaycanın həm güclü ordusu, həm də güclü müttəfiqi - Türkiyə var. Amma Ermənistanın daha zəif ordusu və rəsmi olaraq yalnız bir müttəfiqi var - Rusiya. Başa düşmək lazımdır ki, bunlar dostlar, tanışlar və ya sadəcə yad adamların danışıqları deyil, bunlar 35 ildir düşmən olan iki ölkə arasında aparılan danışıqlardır. Qarabağda münaqişə 1988-ci ildə başlayıb. Ermənistanın daha güclü düşməni ilə danışıqlar masası arxasında tək oturmaq təbii ki, sərfəli deyil.

GURCU

Burada müxtəlif nəzəriyyələr də irəli sürmək olar ki, məsələn, Gürcüstan artıq o qədər də qərbyönlü deyil, ona görə də İrəvan Tiflisin təklifini rədd edir... Fakt budur ki, Gürcüstan bu gün danışıqlar üçün sadəcə neytral məkandır, o, yalnız vasitəçi ola bilər, sazişlərin həyata keçirilməsi üçün qarant deyil. Paşinyan ona görə Tiflisə gəlmək istəmir ki, Gürcüstanı sevmir. Ona görə ki, Gürcüstanın zamin olmaq üçün resursları yoxdur. Amma Azərbaycanın zaminə ehtiyacı yoxdur, ona görə də Əliyev təkbətək görüşmək istəyir. Düşünürəm ki, Paşinyan MDB sammitinə Tiflis görüşünə razı olmamaq üçün getmədi.
Bu gün Əliyevlə Paşinyan arasında danışıqlar üçün ən işlək konfiqurasiya hətta Vaşinqton da deyil, Brüssel, daha doğrusu, Avropa Şurasının prezidenti Şarl Mişeldir.

Избранный
108
50
publika.az

10Источники