AZ

Qubada mikroavtobus QƏZASI: 1 ölü, 12 yaralı var

Qubada ağır yol qəzası olub.
 
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, hadisə avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində başverib.
 
"Ford" markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
29
moderator.az

10Mənbələr