AZ

Qubada sərnişin mikroavtobusu ilə avtomobil toqquşub, 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb - YENİLƏNİB

Qubada baş verən yol qəzasında xəsarət alanların sayı 12-yə çatıb.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

***

08.52

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində "Mercedes" markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
29
far.az

10Mənbələr