AZ

Qubada mikroavtobusla minik maşını toqquşub - ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Korrespondent.az-a verilən məlumata görə, səhər saatlarında Hacıhüseynli kəndində “Ford” markalı mikroavtobusla “Chevrolet” markalı minik avtomobili toqquşub. 

Qəza nəticəsində 1 nəfər ölüb, 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
14
korrespondent.az

10Mənbələr