AZ

Qubada mikroavtobus avtomobillə toqquşub, ölən və yaralılar var » AzadMedia.az


Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində “Mercedes” markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
49
azadmedia.az

10Mənbələr