AZ

“Sabah”ın baş məşqçisi: “Mümkün rəqiblər arasında ən çətini ilə oynayacağımızı deməliyəm”

"Komandamız mübarizəyə 2-ci mərhələdən başlayacaq. Bu mərhələdə asan rəqib olmur”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç deyib.

Mütəxəssis UEFA Gənclər Liqasının püşkünü dəyərləndirib. O bildirib ki, “Bazel” onlar üçün ən arzuolunmaz rəqib olub: “Mümkün rəqiblər arasında ən çətini ilə oynayacağımızı deməliyəm. "Bazel" gənclərlə işə xüsusi önəm verən klubdur. Bu klub İsveçrədə ən yaxşı futbol akademiyalarından birinə malikdir. Artıq bu komanda ilə oyunun hazırlıqlarına başlamışıq. Bu cür güclü rəqiblə düşməyimiz bizim üçün sürpriz olmadı. Klub olaraq bu oyunları səbirsizliklə gözləyirik".

Qeyd edək ki, "Sabah"la "Bazel" arasındakı ilk matç oktyabrın 23-də İsveçrədə, cavab oyunu isə noyabrın 6-da Azərbaycanda olacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
7
idman.biz

10Mənbələr