AZ

"Bu cür güclü rəqiblə düşməyimiz bizim üçün sürpriz olmadı"

"Komandamız mübarizəyə 2-ci mərhələdən başlayacaq. Bu mərhələdə asan rəqib olmur. Amma mümkün rəqiblər arasında ən çətin rəqiblə oynayacağımızı deməliyəm".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Sabah”ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç deyib.

Xorvatiyalı mütəxəssis paytaxt klubunun Gənclər Liqasında qarşılaşacağı “Bazel”lə (İsveçrə) oyunu dəyərləndirib:

"Bazel" gənclərlə işə xüsusi önəm verən klubdu. İsveçrədə ən yaxşı futbol akademiyalarından birinə malikdi. Artıq oyunun hazırlıqlarına başlamışıq. Bu cür güclü rəqiblə düşməyimiz bizim üçün sürpriz olmadı. Klub olaraq oyunları səbirsizliklə gözləyirik".

Qeyd edək ki, "Sabah"la "Bazel" arasındakı ilk matç oktyabrın 23-də İsveçrədə, cavab oyunu isə noyabrın 6-da Azərbaycanda olacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
7
football-plus.az

10Mənbələr