AZ

Rəqiblər arasında ən çətini ilə oynayacağıq - “Sabah”ın baş məşqçisi

Bakı. Trend:

Komandamız mübarizəyə 2-ci mərhələdən başlayacaq. Bu mərhələdəasan rəqib olmur.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu “Sabah”ın U-19 komandasının başməşqçisi Adino Mustedanaqiç deyib.

Mütəxəssis UEFA Gənclər Liqasının püşkünü dəyərləndirib. Obildirib ki, “Bazel” onlar üçün ən arzuolunmaz rəqib olub: “Mümkünrəqiblər arasında ən çətini ilə oynayacağımızı deməliyəm. "Bazel"gənclərlə işə xüsusi önəm verən klubdur. Bu klub İsveçrədə ən yaxşıfutbol akademiyalarından birinə malikdir. Artıq bu komanda iləoyunun hazırlıqlarına başlamışıq. Bu cür güclü rəqiblə düşməyimizbizim üçün sürpriz olmadı. Klub olaraq bu oyunları səbirsizlikləgözləyirik".

Qeyd edək ki, "Sabah"la "Bazel" arasındakı ilk matç oktyabrın23-də İsveçrədə, cavab oyunu isə noyabrın 6-da Azərbaycandaolacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
az.trend.az

10Mənbələr