AZ

"Mümkün rəqiblər arasında ən çətini ilə qarşılaşacağıq" - "Sabah"ın məşqçisi

style='margin-bottom:10px;'>

"Komandamız mübarizəyə 2-ci mərhələdən başlayacaq. Bu mərhələdə asan rəqib olmur. Amma mümkün rəqiblər arasında ən çətin rəqiblə oynayacağımızı deməliyəm".

QOL.az xəbər verir ki, bu sözləri "Sabah”ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç deyib.

Xorvatiyalı mütəxəssis paytaxt klubunun UEFA Gənclər Liqasında qarşılaşacağı “Bazel”lə (İsveçrə) oyunu dəyərləndirib: "Bazel" gənclərlə işə xüsusi önəm verən klubdur. Bu klub İsveçrədə ən yaxşı futbol akademiyalarından birinə malikdir. Artıq bu komanda ilə oyunun hazırlıqlarına başlamışıq. Bu cür güclü rəqiblə düşməyimiz bizim üçün sürpriz olmadı. Klub olaraq bu oyunları səbirsizliklə gözləyirik". 

Qeyd edək ki, "Sabah"la "Bazel" arasındakı ilk matç oktyabrın 23-də İsveçrədə, cavab oyunu isə noyabrın 6-da Azərbaycanda olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
7
teleqraf.com

10Mənbələr