AZ

Harris özü də proseslərdən xəbərdar deyil- ÖZƏL

"Kamala Harris  seçkiqabağı təşviqat kampaniyası çərçivəsində ordakı erməni icmasına müraciət edib. Bu yeni bir şey deyil, onların daimi adətidir. Sadəcə bu dəfəki müraciətdə Kamala Harris "Dağlıq Qarabağ" ifadəsini işlədib və Qarabağ ermənilərinin qayıtmaq hüququndan bəhs edib".

Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Sözsüz ki, bu, ABŞ-Azərbaycan münasibətlərində gərgin anlardan biridir. Nə ilk, nə sondur. Əvvəlki dönəmlərdə də bu kimi hallar olmuşdu. Bayden seçildikdən sonra apreldə sözdə "erməni soyqırımı" ilə bağlı danışanda, 2023-cü ilin oktyabr-noyabr aylarında  ABŞ Senatında dinləmələr, O Braynın məruzəsi, ABŞ Senatından Ermənistanın müdafiə aktının qəbulu zamanı və s. bu kimi hallar yaşanıb. Bu, bir daha göstərir ki, ABŞ-də erməbi lobbisinin, diasporasının təsir dairəsində olan siyasətçilər əfsuslar olsun ki, var. Onlar xüsusilə demokratlar arasında çoxluq təşkil edir. Həmin bu siyasətçilər də diaspora qüvvələrinin təsiri ilə, prosesləri dərindən bilmədən, izləmədən, Qarabağın tarixindən xəbərləri olmadan bununla bağlı bəyanatlar verirlər. Kamala Harrisin ifadəsində isə başdan-ayağa yanlışlıq görürük. Hiss olunur ki, Harris özü də proseslərdən xəbərdar deyil. Birincisi, "Dağlıq Qarabağ" ifadəsi yoxdur, həmin separatçı qurum ləğv edilib və Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa edib. İkincisi isə ermənilərin Qarabağa qayıtmaq hüququndan elə danışır ki, elə bil onlar oradan zorla çıxarılıblar. Halbuki, Azərbaycan hökuməti dəfələrlə Qarabağ erməni icmasına müraciətdə bildirib ki, ordakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərək Azərbaycanda yaşaya bilərlər. Bu ermənilər separatçı rejimin, revanşist qüvvələrin təbliğatına uyaraq ordan çıxdılar. Azərbaycan o ermənilərin orada qalması üçün hər cür şərait yaratmağa hazır idi. Bunlardan xəbərdar olmayaraq bu kimi bəyanat verməsi bir də onu göstərir ki, Kamala Harrisin niyyəti sadəcə həmin o erməni icmasının səsini qazanmaq və beləliklə də prezident seçkilərində Tramp üzərindən zəfər çalmaqdır. Bunun başqa izahı ola bilməz".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
8
olaylar.az

6Mənbələr