ABŞ Prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan amerikalı Rayan Uesli Rut məhkəməsində ona qarşı irəli sürülən ittihamları rədd edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Rut məhkəmədə təqsirsiz olduğunu bəyan edib və andlılar məhkəməsinin keçirilməsini istəyib.
Xatırladaq ki, sentyabrın 15-i Florida ştatında Trampa qarşı növbəti sui-qəsd cəhdi olub. Hadisə keçmiş prezidentin qolf klubunun qarşısında baş verib. Atışma zamanı Tramp xəsarət almayıb.
İyulun 13-də də Pensilvaniya ştatında eks-prezidentə sui-qəsd cəhdi olmuşdu. Bu zaman o qulağından yaralanmışdı.