AZ

“X” Maskdan sonra dəyərini 80% itirib


“X” sosial platforması amerikalı milyarder İlon Maskın onu satın almasından sonra dəyərinin demək olar ki, 80%-ni itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində pay sahibi olan “Fidelity” investisiya fondu hesabat dərc edib.
Hesabata görə, Mask “Twitter”i 2022-ci ilin oktyabrında 44 milyard dollara alıb. Bu gün isə onun bazar dəyəri ilk qiymətinin dörddə birindən az – 9,4 milyard dollar qiymətləndirilir. Bu isə o deməkdir ki, 2022-ci ilin oktyabrından 2024-cü ilin avqustuna qədər sosial platformanın dəyəri 78,7% azalıb.
Fondun bildirdiyinə görə, “X”in ən böyük problemi reklam verənləri platformaya reklam verməyə inandıra bilməməkdir. Belə ki, 2023-cü ilin sonunda bir çox əsas reklamçılar, o cümlədən “Apple”, “Disney”, “Warner Bros. Discovery”, “Comcast”/“NBCUniversal”, IBM, “Paramount Global”, “Lionsgate” və Avropa Komissiyası sosial şəbəkədə reklamlarını dayandırıb.
Qeyd edək ki, Mask 2023-cü ilin yayından “Twitter”in adını dəyişərək “X” qoyub.
Seçilən
115
40
yeniavaz.com

10Mənbələr