EN

Sabah"ın baş məşqçisi: “Bazel” kimi güclü rəqiblə düşməyimiz sürpriz olmadı

Sabah"ın baş məşqçisi: “Bazel” kimi güclü rəqiblə düşməyimiz sürpriz olmadı

“İsveçrənin “Bazel” klubu ilə matçları səbirsizliklə gözləyirik".

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri "Sabah"ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç UEFA Gənclər Liqasının püşkatmasını dəyərləndirərkən deyib.

Komandanın mübarizəyə 2-ci mərhələdən başlayacağını xatırladan mütəxəssis bu raundda asan rəqibin olmadığını söyləyib: “Amma mümkün rəqiblər arasında ən çətini ilə oynayacağımızı deməliyəm. "Bazel" gənclərlə işə xüsusi önəm verən klubdur. Bu kollektiv İsveçrədə ən yaxşı futbol akademiyalarından birinə malikdir. Artıq bu komanda ilə oyunun hazırlıqlarına başlamışıq. Bu cür güclü rəqiblə düşməyimiz bizim üçün sürpriz olmadı”.

Qeyd edək ki, “Sabah” ötən mövsüm AFFA Gənclər Liqasının qalibi olaraq Azərbaycanı Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb. Paytaxt təmsilçisi ilə "Bazel" arasındakı ilk görüş oktyabrın 23-də İsveçrədə, cavab oyunu isə noyabrın 6-da Azərbaycanda olacaq. Bu cütün qalibi 3-cü mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
7
ilk.az

10Sources