RU

Türkiyənin müdafiə sənayesi məhsulları ixracı 3 milyard dolları keçib (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyənin 2024-cü ilin yanvar-avqust aylarında müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz artaraq 3 milyard 738 milyon dolları ötüb.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin avqust ayında Türkiyənin dünya bazarlarına müdafiə sənayesi məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 12,6 faiz azalaraq, 423 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 5 milyard 879 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.

Избранный
106
8
turkic.world

10Источники