Fox News: Harris ABŞ seçiciləri tərəfindən Trampdan daha çox dəstəklənir...
ABŞ-ın vitse-prezidenti və ölkənin ən yüksək vəzifəsinə demokrat namizəd Kamala Harris seçici dəstəyinə görə rəqibi Respublikaçı Donald Trampı iki faiz bəndi qabaqlayır.
Poliqon xəbər verir ki, bunu sentyabrın 18-də Trampa yaxınlığı ilə tanınan Fox News telekanalının keçirdiyi sorğunun nəticələri sübut edib.
Araşdırmaya görə, respondentlərin 50%-i qarşıdan gələn seçkilərdə Harrisi dəstəkləməyə hazırdır, respondentlərin 48%-i isə Trampın lehinədir.
Fox News qeyd edir ki, vitse-prezident son bir ayda öz mövqeyini yaxşılaşdırıb. Telekanala görə avqustun ortalarında Tramp 50% - 49% nisbəti ilə Harrisi 1 faiz bəndi qabaqlayıb.
Sorğu sentyabrın 13-dən 16-dək aparılıb. Burada ölkə üzrə 1,1 mindən çox insan iştirak edib. Səhv 3 faiz bəndi hesablanıb.
Poliqon.info