AZ

Rusiya gecə Ukraynaya 43 PUA və ondan çox raketlə hücum edib

Oktyabrın 31-nə keçən gecə Rusiya Ukraynanı növbəti dəfə atəşə tutub. İşğaıçılar 43 pilotsuz uçuş aparatı (PUA) və 12 raket buraxıblar.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna Hərbi Hava QüvvələrininTelegram kanalında məlumat verilib.

Hərbi Hava Qüvvələrinin yazdığı kimi, atəş zamanı rusiyalılar Odessa vilayətindəki körpüyə hücum ediblər. 

Rusiyanın Kursk və Oryol istiqamətlərindən “Şahed” tipli 43 hücum PUA-sı və naməlum pilotsuz təyyarələr buraxılıb.

“23 pilotsuz uçan aparat  itirilib, daha üç Rusiya PUA-sı Rusiya istiqamətində və müvəqqəti olaraq Ukraynanın işğal olunmuş ərazisi istiqamətində uçub. Məlumat dəqiqləşdirilir və yenilənir”, - Hərbi Hava Qüvvələri əlavə edir.

QAZİLER.AZ

 

 

Seçilən
45
18
qaziler.az

10Mənbələr