AZ

Rusiya-Ukrayna müharibəsi: ötən gecə nələr baş verib

Noyabrın 6-na keçən gecə Rusiya ordusu raket və pilotsuz təyyarələrlə Ukraynaya hücum edib.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. İşğalçılar Qara dənizdən Odessa vilayətində Kh-59 və Kh-31P adlı iki idarə olunan raket atıblar.

Bundan əlavə, Rusiya Federasiyası Bryansk, Orel və Krasnodar diyarından və işğal olunmuş Krımdan 63 ədəd “Şahed” və digər növ PUA-lar havaya buraxıb. Xəbərdə deyilir ki, saat 07.30-a olan məlumata görə, Rusiyaya məxsus 38 pilotsuz təyyarə vurulub, 22-si yerli itkin düşüb.
Hava Hücumundan Müdafiə Odessa, Nikolaev, Kiyev, Sumı, Kirovoqrad, Jitomir, Cherkassy, Çerniqov və Zaporojye vilayətlərində fəaliyyət göstərib.

//Samir Qurbanov, Editor.az

Seçilən
32
18
editor.az

10Mənbələr