Noyabrın 4-nə keçən gecə (noyabrın 3-ü saat 19:00-dan) Rusiya qoşunları Ukrayna ərazisinə genişmiqyaslı hücum həyata keçirib. O cümlədən, düşmən Dnepropetrovsk vilayətinə “İsgəndər-M” ballistik raket zərbəsi endirib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bundan əlavə, rusiyalılar idarə olunan bombalarla Xarkov vilayətinə hücum edərək, Bryansk, Kursk və Primorsko-Axtarsk istiqamətlərindən “Şahed” tipli və naməlum tipli 80 PUA-sı buraxıblar.
Hücum Ukrayna zenit-raket qüvvələri, aviasiya, elektron döyüş bölmələri, Hərbi Hava Qüvvələrinin mobil atəş qrupları və Ukrayna Müdafiə Qüvvələrinin koordinasiyalı işi sayəsində dəf edilib.
Saat 08:30-a olan məlumata görə, Kiyev, Sumı, Odessa, Xerson, Nikolayev, Jitomir, Çerkassı, Çerniqov və Kirovoqrad vilayətlərində düşmənin 50 pilotsuz təyyarəsinin məhv edilməsi təsdiqlənib.
Bundan əlavə, bütün Ukraynanın müxtəlif ərazilərində 27 PUA itirilib.
QAZİLER.AZ