AZ

Oktyabrda Rusiya Ukraynaya 2 mindən çox PUA göndərib

Oktyabrda

Oktyabr ayı ərzində Rusiya ordusu Ukraynadakı mülki və hərbi hədəflərə qarşı 2 min 23 “Şahed” duronundan və naməlum pilotsuz uçan aparatlarından (PUA) istifadə edib.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Məlumata görə, onlardan 1185-i ukraynalı müdafiəçilər tərəfindən məhv edilib, 738-i yerli itkilərə məruz qalıb, daha 29 PUA isə Ukraynanın nəzarət edilən hava məkanını tərk edib.

“Ümumilikdə, 2024-cü ilin əvvəlindən düşmən Ukrayna ərazisi boyunca 6987 PUA ilə hücum edib”, - hesabatda qeyd olunur.

Baş Qərargah əlavə edib ki, rusların pilotsuz təyyarələri Ukraynada əsasən mülki və kritik infrastruktur obyektlərini hədəfə alıb:

“Zenit-raket qüvvələri, aviasiya, elektron döyüş bölmələri və mobil atəş qrupları Ukrayna səmasını gecə-gündüz qorumağa davam edir”.

ELÇİN
Seçilən
29
18
reyting.az

10Mənbələr