AZ

Voleybol üzrə Azərbaycan kuboku: Qrup mərhələsinin son oyunları keçirilib

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda qadınların mübarizəsində qrup mərhələsinin son oyunları keçirilib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, günün ilk qarşılaşması A qrupunda yer alan "Azərreyl" və UNEC komandaları arasında baş tutub.

GİN-nin Voleybol Mərkəzində reallaşan matçda birincilər 3:0 hesabı ilə qələbə qazanıblar.

B qrupunda isə “Milli Aviasiya Akademiyası” “Murov Az Terminal”ı 3:1 hesabı ilə üstələyib.

A qrupunda “Gəncə” 6 xalla birinci, "Azərreyl" 3 xalla ikinci olub. B qrupunda isə 5 xala malik “Abşeron” birinci, 4 xalla “Milli Aviasiya Akademiyası” isə ikinci yeri tutaraq yarımfinala yüksəliblər.

Qeyd edək ki, noyabrın 1-də baş tutacaq yarımfinal mərhələsində “Gəncə” - “Milli Aviasiya Akademiyası” və “Abşeron” - "Azərreyl" görüşləri keçiriləcək.

Seçilən
59
9
missiya.az

10Mənbələr