AZ

Voleybol: Azərbaycan kubokunda yarımfinalçılar bəlli oldular

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmuş voleybol üzrə Azərbaycan kubokunda qadınların mübarizəsi davam edir.

Arena.az xəbər verir ki, bu gün ölkə kubokunda qrup mərhələsinin son qarşılaşmaları keçirilib.

Günün ilk qarşılaşması A qrupunda yer alan “Azərreyl” və UNEC komandaları arasında olub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan bu oyunda “Azərreyl” 3:0 hesabı ilə qələbə qazanıb.

Daha sonra meydana B qrupunda mübarizə aparan “Milli Aviasiya Akademiyası” və “Murov” komandaları çıxıblar. Qrup mərhələsinin son qarşılaşması “Milli Aviasiya Akademiyası”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, qrup mərhələsinin nəticələrinə görə, A qrupunda “Gəncə” 6 xalla birinci, “Azərreyl” 3 xalla qrup ikincisi olub. B qrupunda isə “Abşeron” 5 xalla qrup lideri, 4 xalla “Milli Aviasiya Akademiyası” qrup ikincisi olaraq yarımfinala yüksəliblər.

Qeyd edək ki, noyabrın 1-də baş tutacaq yarımfinal mərhələsində “Gəncə” “Milli Aviasiya Akademiyası” ilə, “Abşeron” isə “Azərreyl” komandası ilə qarşılaşacaq.

Azərbaycan kuboku
Qadınlar
30 oktyabr

A qrupu
UNEC – “Azərreyl” 0:3 (16:25, 5:25, 15:25)

B qrupu
“Milli Aviasiya Akademiyası” – “Murov” 3:1 (12:25, 29:27, 25:17, 25:14)

Seçilən
69
1
arena.az

10Mənbələr