Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda kişilərin mübarizəsində qrup mərhələsinin son oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, günün ilk qarşılaşması A qrupunda yer alan “Azərreyl” və “Neftçi” komandaları arasında baş tutub.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan matçda birincilər 3:0 hesabı ilə qələbə qazanıblar.
B qrupunda isə MOİK “Murov Az Terminal”a 0:3 hesabı ilə uduzub.
A qrupunda “Azərreyl” 6 xalla birinci, “Neftçi” 3 xalla ikinci olub. B qrupunda isə 6 xala malik “Xilasedici” birinci, 3 xalı olan “Murov Az Terminal” ikinci yeri tutaraq yarımfinala yüksəliblər.
Noyabrın 2-də baş tutacaq yarımfinal mərhələsində “Azərreyl” – “Murov Az Terminal” və “Xilasedici” – “Neftçi” görüşləri keçiriləcək.