AZ

Ölkə kubokunda kişilərin mübarizəsində qrup mərhələsinin son qarşılaşmaları keçirilib

GİN-nin Voleybol Mərkəzində təşkil olunan ilk qarşılaşma A qrupunda yer alan "AZERRAIL” və "Neftçi” komandaları arasında olub. Oyuna daha yaxşı başlayan "AZERRAIL” klubu üstünlüyünü sonadək qoruyaraq 3:0 hesabı ilə qələbə qazanıb.
Daha sonra meydana B qrupunda mübarizə aparan MOİK və "Murov Az Terminal” komandaları çıxıblar. Qrup mərhələsinin son qarşılaşmasında da qalib 3 setdə müəyyən olunub. Bu görüşdə "Murov Az Terminal” 3:0 hesablı qələbəni bayram edib.
Beləliklə, qrup mərhələsinin nəticələrinə görə, A qrupunda "AZERRAIL” 6 xalla birinci, "Neftçi” 3 xalla ikinci olub. B qrupunda isə "Xilasedici” 6 xalla qrup lideri, "Murov Az Terminal” isə 3 xalla ikinci olaraq yarımfinala yüksəliblər. 
Qeyd edək ki, noyabrın 2-də baş tutacaq yarımfinal oyunlarında "AZERRAIL” - "Murov Az Terminal” ilə, "Xilasedici” isə "Neftçi” komandası ilə qarşılaşacaq.

Ölkə kuboku
Kişilər
31 oktyabr 
A qrupu
"AZERRAIL” - "Neftçi” 3:0 (25:20, 25:20, 25:23)
B qrupu
MOİK - "Murov Az Terminal” 0:3 (13:25, 16:25, 10:25)
Seçilən
60
9
ann.az

10Mənbələr