AZ

Voleybol üzrə Azərbaycan Kubokunda qrup mərhələsinin son oyunları keçirilib

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda kişilərin mübarizəsində qrup mərhələsinin son oyunları keçirilib.

Günün ilk qarşılaşması A qrupunda yer alan "Azərreyl" və "Neftçi" komandaları arasında baş tutub.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan matçda birincilər 3:0 hesabı ilə qələbə qazanıblar.

B qrupunda isə MOİK “Murov Az Terminal”a 0:3 hesabı ilə uduzub.

A qrupunda “Azərreyl” 6 xalla birinci, "Neftçi" 3 xalla ikinci olub. B qrupunda isə 6 xala malik “Xilasedici” birinci, 3 xalı olan "Murov Az Terminal" ikinci yeri tutaraq yarımfinala yüksəliblər.

Qeyd edək ki, noyabrın 2-də baş tutacaq yarımfinal mərhələsində “Azərreyl” - “Murov Az Terminal” və “Xilasedici” - "Neftçi" görüşləri keçiriləcək.

Seçilən
46
9
cbcsport.az

10Mənbələr