“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmuş voleybol üzrə Azərbaycan kubokunda kişilərin mübarizəsi davam edir.
Arena.az xəbər verir ki, bu gün 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin son qarşılaşmaları keçirilib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunmuş ilk qarşılaşma A qrupunda yer alan “Azərreyl” və “Neftçi” komandaları arasında olub. Oyuna daha yaxşı başlayan “Azərreyl” üstünlüyünü sonadək qoruyaraq 3:0 hesabı ilə qələbə qazanıb.
Daha sonra meydana B qrupunda mübarizə aparan MOİK və “Murov” komandaları çıxıblar. Qrup mərhələsinin son qarşılaşmasında da qalib 3 setdə müəyyən olunub. Bu görüşdə “Murov” 3:0 hesablı qələbəni bayram edib.
Beləliklə, qrup mərhələsinin nəticələrinə görə, A qrupunda “Azərreyl” 6 xalla birinci, “Neftçi” 3 xalla ikinci olub. B qrupunda isə “Xilasedici” 6 xalla qrup lideri, “Murov” 3 xalla ikinci olaraq yarımfinala yüksəliblər.
Qeyd edək ki, noyabrın 2-də baş tutacaq yarımfinal oyunlarında “Azərreyl” – “Murov”la, “Xilasedici” isə “Neftçi” komandası ilə qarşılaşacaq.
Azərbaycan kuboku
Kişilər
31 oktyabr
A qrupu
“Azərreyl” – “Neftçi” 3:0 (25:20, 25:20, 25:23)
B qrupu
MOİK – “Murov” 0:3 (13:25, 16:25, 10:25)